Polis Akademiyasının da professor-müəllim heyətinin maaşlarına əlavələr təyin ediləcək

9 İyun 2022 21:39 (UTC+04:00)

Nazirlər Kabineti “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Aznews.az xəbər verir ki, dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyi Polis Akademiyasının professor-müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin edəcək.