ABŞ ölkəyə giriş üçün COVID-19 testi tələbini ləğv edib

10 İyun 2022 21:17 (UTC+04:00)

ABŞ-da koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir yumşalma olub.

Aznews.az CNN-ə istinadən xəbər verir ki, bundan sonra ölkəyə girişdə COVID-19 testi tələbi aradan qaldırılır.

Yeni qərara əsasən, ABŞ-a gələn bütün sərnişinlərindən koronovirus testi tələb olunmayacaq.

Qeyd edək ki, ABŞ-a giriş üçün tələb olunan koronavirus testi ötən ilin yanvar ayından qüvvəyə minib.