Mini futbol üzrə milli komandamız Avropa çempionatının finalına yüksəlib

10 İyun 2022 22:42 (UTC+04:00)

Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionatında finala yüksəlib.

Apasport.az saytının məlumatına görə, yığmamız Slovakiyada keçirilən turnirdə yarımfinal səddini adlayıb.

Elşad Quliyevin baş məşqçisi olduğu komandamız Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edib. Millinin qollarını Bəxtiyar Soltanov, Tural Nərimanov və Samir Həmzəyev vurub.

Qeyd edək ki, yığmamızın finaldakı rəqibi rəqib Bolqarıstan - Rumıniya matçında bəlli olacaq.