“Formula-1”: Sıralama turu başlayıb

11 İyun 2022 18:05 (UTC+04:00)

“Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.

Aznews.az xəbər verir ki, 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini alacaqlar.

Tur 1 saat davam edəcək. Bu gün baş tutan üçüncü sərbəst yürüşdə ən yaxşı göstərici “Red Bull” pilotu Serxio Peresə məxsusdur.

Qeyd edək ki, Qran-prinin əsas yarışı sabah saat 15:00-da başlayacaq.