Azərbaycanda lombard təşkilatları ilə yanaşı, banklar da müştərilərinə girov müqabilində lombard krediti təklif edir.
"APA-Economics" bankların lombard krediti ilə bağlı təkliflərini araşdırıb. Məlum olub ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 25 bankdan yalnız 9-u lombard krediti verir.
Bankların lombard kreditləri üzrə təklifləri komissiya xərci əlavə olunmaqla 20-30% arasında dəyişir. Ən aşağı faizlə lombard kreditini “Bank Avrasiya” (19%+1%), ən yüksək faizlə lombard kreditini isə “Expressbank” (29%+1%) təklif edir. Banklar bu kredit üzrə standart olaraq 1% komissiya xərci hesablayır. Təklif edilən kreditin həcmi isə 300-30 min manat arasında dəyişir. Kreditin müddəti isə 1-48 ay təşkil edir. Azərbaycanda bankların lombard krediti üzrə təklifləri daha ətraflı aşağıdakı kimidir:
Banklar
|
Faiz dərəcəsi |
Müddət (ay) |
Məbləğ(AZN)
|
Komissiya |
Tələblər |
“RABİTƏ BANK” |
26% |
3-36 |
300-20.000 |
1% |
Təkrar müştərilər üçün 1% endirim olur |
“BANK RESPUBLİKA” |
26% |
6-36 |
300-30.000 |
1% |
Zamin tələb olunmur |
“TURAN BANK” |
20% |
1-36 |
300- fərdi baxılır |
1% |
|
BANK “BTB” |
23% |
1-36 |
300-20.000 |
1% |
|
“AVRASİYA BANK” |
19% |
48 |
20.000 |
0.8% |
|
“MUĞAN BANK” |
24% |
3-48 |
300- fərdi baxılır |
1% |
|
“MELLİ İRAN BANK” Bakı filialı |
22% |
1-36
|
Qızıl-zinyət əşyasına görə dəyişir- 10000 |
1% |
36-60 ay olanda Faizi kredit komitəsi müəyyən edir. |
“BANK OF BAKU” |
26% |
3-36 |
300- 20.000 |
1% |
|
“EKSPRESS BANK” |
22-29% |
36 |
750- 20.000 |
1% |
750 ə. qramı 74 AZN-dən 583-585 ə. qramı 57 AZN-dən |