5 ildir üzünü görmədiyi oğlu ilə barışdı

13 İyun 2022 22:26 (UTC+04:00)

"Həyatımda çətin məqamlar oldu: cavan bacımı itirdim, atam rəhmətə getdi, 5 il övladımın nə səsini eşitdim, nə üzünü gördüm. Mənim var-dövlətim səbrimdir. Allaha sığındım: çörəyimi də, işimi də, tamaşaçı sevgisini də Allahdan istədim".

Aznews.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova "Zaurla Günaydın" proqramında deyib. 5 ildir oğlu ilə danışmayan ifaçı barışdıqlarını söyləyib:

"Kiminsə övladı ilə çəkilişin görəndə içimdə başqa ab-hava olurdu. Şükür, indi oğlum yanımdadır. Övladla reklam olunmaq istəmirdim. Bu günə şükür, balam yanımdadır. Qızım Nuray, oğlum Elşad sağ olsun.

Bir yerdə xanımlarla yol gəlirdim. Oğlumun mayda ad günü yaxınlaşırdı. Orada kövrəldim və dedim ki, tort alacam, video çəkəcəm və deyəcəm, bu gün ad günü olanları təbrik edirəm. Görsün ki, ad günündə yanımda olmasa da, tort kəsirəm. Amma elə oldu ki, Allah səsimi eşitdi və bütün qohumlar mayın 5-də yığışdıq".

Qeyd edək ki, A.Dadaşova həyat yoldaşından ayrılanda oğlu atası ilə gedib və anasını danışdırmayıb.