DİN "Son zəng"lə bağlı valideyn və məzunlara müraciət edib

14 İyun 2022 09:47 (UTC+04:00)

Daxili İşlər Nazirliyi "Son zəng"lə bağlı valideyn və məzunlara müraciət edib.

Müraciətdə deyilir:

"Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir"