Bu pankartı açanlar axtarılır - Foto

2 İyul 2013 13:13 (UTC+04:00)
Türkiyədə keçirilən aksiyalarda nümayiş etdirilən bəzi pankartlara görə axtarışlar davam edir.

Gezi parkı aksiyaları zamanı ölkənin müxtəlif yerlərində yüzlərlə pankartlar açıldı ki, bunlardan da əksəriyyəti Ərdoğana aid idi. Fotodan da gördüyünüz kimi, pankartların birində baş nazir Hitlerə bənzədilərək faşist adlandırılır.

Türkiyə mətbuatının yaydığı məlumata görə, bu pankartı açan 3 nəfər barəsində araşdırma aparılır. Polis aksiya zamanı bu şəxsləri həbs etməsə də, video görüntülərini çəkib. Artıq həmin 3 gəncin ifadəsi alınıb.

Elvin CanTuran
AzNews.az