“Bu bəyannamə ilə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcəkdir”

14 İyun 2022 15:37 (UTC+04:00)

“Şuşa Bəyannaməsi”nin imzalanmasından 1 ili ötürbunula bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov AzNews.az analitik informasiyaportalına danışıb.

O bildirir ki, 2021-ci il iyunun 15-də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi Türkiyə ilə qardaşlıq münasibətlərimizin daha da güclənməsinə imkan yaratdı.

“Ölkələrimiz arasında olan münasibətlərin inkişafında yeni səhifə açdı. Bu tarixi bəyannamə ilə iki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat vədigər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri yaradıldı.

Bəyannamənin əsas məqsədi Türkiyə ilə Azərbaycanarasındakı münasibətləri yeni müstəviyə qaldırmaq idi. Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalqarenadakı nüfuzunu artıracaq, iki ölkə arasında münasibətlərin davamlı inkişafını təmin edəcək, gələcək nəsillərə ölkələrimizin tarixi birliyini nümayiş etdirəcəkdir.

Şuşa Bəyannaməsi ilə Qarabağda edilənin vestisiyaların həcmi artacaq, böyük şirkətlər, investorlar tərəfindən işğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri üçün yenimaliyyə yatırımları ediləcək, yeni sıx əməkdaşlıqlar yaradılacaqdır.

Həmçinin əməkdaşlığımız yeni kommunikasiya əlaqələrinin yaranmasına imkan yaradacaqdır. Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyə vəAzərbaycan arasında münasibətlərin inkişafı yenitarixi mərhələyə qədəm qoyacaqdır”.

Deputat vurğulayır ki, bəyannamədə qeyd edilən ən önəmli məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir.

“Bu tarixi bəyannamə ilə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcəkdir.

Tarixi oxşar Azərbaycan və Türkiyə bir araya gələrək inkişafımızı, əlaqələrimizi daha da üst səviyyəyə çatdırmağı planlayır. Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycan və Türkiyə birlikdə fəaliyyət göstərir. Bizim münasibətlərimiz inkişaf etdikcə regionda sabitlik də buna paralel olaraq artacaqdır”, - deyə millət vəkili əlavə edib.

Şəbnəm Zahir