Lazer epilyasiyası xərçəngə səbəb olurmu? - Zərərləri

14 İyun 2022 18:14 (UTC+04:00)

Bədəndəki artıq tüklərdən qısa müddətə azad olmağa kömək edən müasir lazer epilyasiyası nəinki qadınlar, artıq kişi və yeniyetmələrin də üz tutduğu prosedurdur. Bu metod barədə təzadlı fikirlər səslənir. Bir çox həkimlər onu təhlükəsiz hesab etmir.

Aznews.az xəbər verir ki, alimlər lazerin bədənə zərərlərini sadalayıb. Xarici zərərlərindən – dərinin teksturasında dəyişikliklər, çapıqlar, qabıqlanma, ləkələnmə, suluqlar, yaralar və s. Lazer epilyasiyasından sonra solyariyə getmək, günəşdə qaralmaq olmaz İnsanları düşündürən digər vacib sual isə epilyasiya xərçəng yaradırmı? Dəriyə qulluq fondunun məlumatına görə, lazer hətta tibdə dəridə bəzi xərçəngöncəsi formaların müalicəsi üçün istifadə olunur. Eləcə də yaşlanma, qırış, günəşdən yanmalar zamanı da lazerlə müalicə tətbiq olunur. Epilyasiya üçün olan lazer çox minimal şüalanma verir, o da dəridən, epidermisdən dərinliyə getmir. Ona görə də lazerin onkoloji xəstəlik yaratması təsdiqini tapmayıb. Amma bu prosedur azyaşlılara, hamilələrə olmaz. Çünki hamilələrə lazerin zərərsiz olması hələ elmi araşdırılmayıb. Lazer epilyasiyası qadın reproduktiv orqanlarına təsir etmir, sonsuzluq yaratmır. Təkcə limfa vəzilərinə təsiri ola bilər ki, bu də bəzi xəstəliklərdə rast gəlinir./Bakupost