Ukraynanın sabiq birinci xanımı Azərbaycana təşəkkür edib

15 İyun 2022 18:37 (UTC+04:00)

Aznews.az xəbər verir ki, bunu bu gün IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko bildirib. Onun sözlərinə görə, bu, mövcudluq, yaşamaq məsələsidir:

“Biz bilirik ki, bir qarış torpaqdan imtina etmək nə ilə nəticələnəcək, oradakı insanlar öldürüləcək. Biz dünyanı inandırmalıyıq ki, hərbi dəstəyə ehtiyacımız var”.

O deyib ki, bu qeyri-qanuni müharibə ərzaq təhlükəsizliyini, qlobal düzəni təhdid edir:

“Biz silah istəyirik, bilirik ki, silahların göndərilməsi zaman alacaq, amma bu sürətli edilməlidir”.

Ukraynanın sabiq birinci xanımı Azərbaycana da təşəkkür edib:

“Ukrayna xalqı adından Azərbaycan hökumətinə, xalqına bizə verdiyiniz dəstək üçün təşəkkür edirəm. Sizin Ukraynaya verdiyiniz humanitar yardımı yüksək qiymətləndiririk. Hökumətimiz, xalqımız və mediamız Azərbaycanın qətiyyətli dəstəyinin fərqindədir və bunu qiymətləndirir”.