İki maşın toqquşdu, 3 nəfər xəsarət aldı

2 İyul 2013 14:04 (UTC+04:00)
Bərdədə yol nəqliyyat hadisəsi baş verib. AzNews.az xəbər verir ki, rayonun Mirzalıbəyli kəndi ərazisində baş vərən hadisədə 2 minik maşını toqquşub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü və sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar təcilli tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hər 3 yaralının vəziyyəti orta ağırdır. Qəzanın səbəbləri rayon polis şöbəsində araşdırılır.

Ruhiyyə
AzNews.az