Ramil Əhmədin kitabı çap olundu

16 İyun 2022 12:28 (UTC+04:00)

Şair, esseist Ramil Əhmədin "Abşeron yarımadamı" adlı şeirlər kitabı çap olunub.

AzNews.az xəbər verir ki, kitab "Parlaq İmzalar" nəşriyyatında nəşr edilib.

"Abşeron yarımadamı" adlı şeirlər kitabının redaktoru Aqşin Yeniseydir.

Kitab yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, "Abşeron yarımadamı" müəllifin beşinci kitabıdır.

Bundan əvvəl müəllifin "Zaman tuneli" (2015), "İki şəhərin yazıları" (2018), "Orxan Pamukun evində" (2021) və "Nizami Gəncəvinin poetik portreti" (2021) kitabları işıq üzü görüb.