“Azərbaycanın buna hər baxımından daha çox haqqı çatır“ - Deputat

16 İyun 2022 13:26 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın “Əl-Cəzirə” televiziyasına intervüsündə yenə Azərbaycanın torpaq bütünlüyünə qarşı yönələn açıqlama verməsinin, 30 illik “gərgin fəaliyyət”dən, sonra Prezidentimizin təbirincə desək " " pensiya vaxtı çatmış" Minsk qrupu həmsədrlərini həll olunmuş məsələ ətrafında danışıqlara qoşmaq cəhdinin, status sayıqlamalarının qarşılıqsız qalmayacağını və onun öz ölkəsi üçün yaxşı heç nə vəd etmədiyini iki gün öncə yazmışdım(https://m.facebook. com/story. php? story_fbid=2740454982765282&id=10000402422 7710). Çox gözləmək lazım gəlmədi. Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunda açıq şəkildə bildirdi ki, qondarma " Dağlıq Qarabağ" ın statusuyla bağlı bəyanatlar səmərəsiz olmaqla yanaşı, “Ermənistanın özü üçün təhlükəlidir “. Çünki birincisi, bu, növbəti savaşa aparıb çıxara bilər, ikincisi, forumda 50-dən çox ölkənin, eləcə də beynəlxalq qurumların yüksək vəzifəli təmsilçiləri, hətta prezidentləri qarşısında da deyildiyi kimi “Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq”. Özü də Azərbaycanın buna hər baxımından daha çox haqqı çatır. Qərbi Zəngəzurun, ondan öncə isə Göyçənin bizdən alınıb Ermənistana necə peşkəş edildiyini hamı bilir. Ona görə də cənab İlham Əliyev çox doğru olaraq soruşur ki, “Əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə, niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? ”. Azərbaycan Prezidentinin bu çıxışından Ermənistan rəhbərliyinin də, bəlli mərkəzə bağlı revanşist ünsürlərin də çıxarmalı olduqları bir nəticə də var. O da budur ki, haylar istəsələr də, istəməsələr də, azərbaycanlılar ən azından Qərbi Zəngəzurdakı dədə-baba topraqlarına qayıdacaqlar. Mən əminəm ki, “Əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə, niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? sualını verən cənab İlham Əliyev qapalı danışıqlarda sözü gedən məsələni də qaldırır. Doğrudan da, əgər bu torpaqlara köçürüldükləri kimsəyə sirr olmayan haylar Qarabağda qalıb yaşayacaqlarsa, nədən azərbaycanlılar ən azından Qərbi Zəngəzurla Göyçədəki dədə-baba yurdlarına qayıtmasınlar?

Sahib Alıyev

Millət vəkili