ABŞ Dövlət katibinin köməkçisi: “Bu gün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır”

16 İyun 2022 19:42 (UTC+04:00)

Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndiririk.

Aznews.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid mətbuat konfransında bildirib.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinə görə bu gün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır.

“Xüsusilə Avropanın enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizinin rolunu vurğulamaq istərdim”, - Karen Donfrid vurğulayıb.

O, Əfqanıstanda verdiyi dəstəyə görə Azərbaycana dərindən təşəkkür edib: “NATO qoşunlarını və ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması çətin və ağrılı oldu. Azərbaycan hərbçiləri sona qədər bizimlə, ABŞ ordusu ilə orada qaldı. Biz bunu təqdir edirik!”