Bizim sadəcə qan bağımız yoxdur, bizim ruh bağımız da var - Tənzilə Rüstəmxanlı

17 İyun 2022 23:06 (UTC+04:00)

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumu təşkil edilib.

Aznews.az xəbər verir ki, Forumda Türkiyənin televiziya rəhbərləri, tanınmış jurnalistləri, köşə yazarları iştirak ediblər.

ATEV sədri Tənzilə Rüstəmxanlı çıxışında Azərbaycanla-Türkiyənin tarixi bərabərliyini diqqətə çatdırıb, hər iki ölkə arasında ruh bağının olduğunu vurğulayıb:

“Azərbaycan və Türkiyə dövlətlərinin siyasi iradəsi bu qədər birlikdə olmamışdı. Türkiyə hər zaman Azərbaycanın yanında oldu.

Azərbaycan da Türkiyənin olmadığı yerdə “mən varam” dedi. Bizim sadəcə qan bağımız yoxdur, bizim ruh bağımız da var. Nuri Paşanın əsgərlərinin ruhu bayrağımızın üstündədir. Azərbaycan da Çanaqqala savaşında Türkiyə üçün şəhid verib. Bizi şəhidlərimizin ruhu da bağlayır”.