Ukrayna xalqı Xarkov istiqamətində qəhrəmancasına həlak olan hərbçi Roman Ratuşnıyla vidalaşıb.
Aznews.az xəbər verir ki, vida mərasimi bu gün paytaxt Kiyevin "Maydan" meydanında keçirilib.
Qeyd edək ki, Ukrayna ordusunun 93-cü briqadasının hərbçisi Roman Ratuşniy iyunun 14-də Xarkov istiqamətində həlak olub. Onun nəşini 1 həftə sonra Rusiya işğalında olan ərazidən çıxarmaq mümkün olub.