"Zirə" Rumıniya klubu ilə qarşılaşacaq

18 İyun 2022 18:00 (UTC+04:00)

"Zirə"nin Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışında yoxlama matçı üçün rəqiblərindən biri bəlli olub.

Aznews.az xəbər verir ki, "qartallar" Rumıniyanın I Liqasında çıxış edən "Hermanştadt" klubu ilə qarşılaşacaq. Görüşün vaxtı və yeri hələlik bəlli deyil.

Rəşad Sadıqovun baş məşqçi olduğu komanda iyunun 24-dən iyulun 7-dək Boluda hazırlıq keçəcək. Bu müddətdə 2 sınaq matçı nəzərdə tutulub.