Süleyman Soylu: “Türkiyə yenidən Azərbaycanda bayraq dalğalandırdı”

20 İyun 2022 09:16 (UTC+04:00)

“Qarşıdakı PKK, rejim (Suriya - red) və ABŞ əllərinə silah verdilər, gedin, Türkiyəni narahat edin dedilər. Türkiyəni qarışdırın, sabitliyi pozun, qarşısını alın. Bəs Türkiyə nə etdi? Türkiyə Azərbaycanda yenidən bayraq dalğalandırdı”.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir qeyd edib ki, bir sıra xarici qüvvələr Türkiyədə ictimai-asayişi pozmaq, qeyri-sabitlik yaratmağa cəhd göstəriblər. Lakin bu səylər nəticəsiz qalıb. Əksinə, Türkiyə Suriya ilə sərhədyanı ərazilərdə təhlükəsiz zona yaradıb.

Soylunun sözlərinə görə, Türkiyə PKK terroçularını Afrindən çıxarıb, regionu təhlükəsiz əraziyə çevirib: “15 iyulu ( 2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhdi-red) kim etdi? İndi hardasa olan FETÖ rəhbəri etdi. Arxasında kimin olduğu aydındır. Əgər bu işdə Amerikanın əli olmasaydı, FETÖ liderini yola salardı. Onlar bu milləti tanımırlar”.

Daxili işlər naziri 506 min nəfər suriyalının Türkiyənin sərhədyanı hərbi əməliyyatlarla terrorçulardan təmizləyərək təhlükəsiz əraziyə çevirdiyi bölgələrə könüllü qayıtdığını bildirib.