Azərbaycanın xalq artisti iflic oldu

2 İyul 2013 15:19 (UTC+04:00)
Azərbaycanın xalq artisti, kino rejissor, sevimli aktyor Ramiz Əzizbəyli bir neçə gün bundan öncə iflic olub.

AzNews.az xəbər verir ki, bu barədə Mövqe.az-a aktyorun özü məlumat verib.

Çətinliklə danışan aktyor bildirib: "Bir neçə gündür ağız nahiyəsindən iflic olmuşam. Özümü pis hiss edirəm. Tərslikdən iyulun 20-si ad günümdür. Hamı ora-bura çağırır, heç yerə gedə bilmirəm".

Qeyd edək ki, hal-hazırda Ramiz Əzizbəyli həkim müayinəsindədir.

AzNews.az