Ərdoğan Quterreşlə telefonla danışıb

20 İyun 2022 22:00 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Rusiya-Ukrayna müharibəsi, böhranın həllinə dair məsələlər müzakirə edilib.

Prezident Ərdoğan qlobal ərzaq böhranının qarşısının alınmasında amil olacaq Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üçün birgə səyləri davam etdirdiklərini bildirib.