Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb

21 İyun 2022 16:43 (UTC+04:00)

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.

Şirkətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyib. Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, ilk xəbəri qaynarinfo.az saytı yayıb.