Qocalığı ləngidən 2 içki

21 İyun 2022 19:12 (UTC+04:00)

50 yaşından sonra orqanizm daha çox susuzlaşmağa başlayır. Amma maraqlısı odur ki, insan özü susuzluq hiss etmir. Bu yaşda insanlar həyati prosesləri təmin etmək üçün daha faydalı içkilər içməlidir.

Aznews.az bakupost.az-a istinadla xəbər verir ki, terapevt Nadejda Çernışova 50 yaşdan yuxarı insanlar üçün hər gün təmiz su və yaşıl çay içməyin faydalı olduğunu deyib.

“Yaşıl çayda çoxlu antioksidantlar var, onlar qocalmış, zədəli hüceyrələri yeniləyir, qocalmanı ləngidir. Yaşıl çay yarpaqları şiş hüceyrələrini də öldürür. Məlumdur ki, onkoloji proseslər 50 yaşdan sonra aktivləşə bilər. Ona görə 50 yaşdan sonra qara çay yox, yaşıl çay için.