Şavkat Mirziyoyev Prezident İlham Əliyevin şərəfinə qəbul təşkil edib

22 İyun 2022 16:12 (UTC+04:00)

İyunun 22-də Xivə şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.

Qəbulda konsert proqramı təqdim olunub.

Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.