Ağdaşda 2 ton 300 kiloqram narkotik tərkibli bitki məhv edilib

23 İyun 2022 12:35 (UTC+04:00)

Ağdaşda 2 ton 300 kiloqram narkotik tərkibli bitki məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mürsəl və Ağzıbir kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi çəkisi 2 ton 300 kiloqram olan 3105 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.