Sergey Lavrov iranlı həmkarı ilə görüşüb

23 İyun 2022 13:51 (UTC+04:00)

İranda ikigünlük səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb. Görüşdə əməkdaşlıq haqqında uzunmüddətli müqavilə müzakirə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın XİN rəhbəri məlumat verib.

İran tərəfi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) qətnaməsi üzrə keçirilmiş səsvermədə tutduğu mövqeyə görə Rusiyaya təşəkkür edib.

Bundan başqa, İran-Rusiya-Türkiyə zirvə görüşünün yaxın zamanda Tehranda keçirilə biləcəyi bildirilib.