Lukaşenko Rusiyada səfərdədir

23 İyun 2022 14:29 (UTC+04:00)

Bu barədə Prezidentin Mətbuat Xidmətinə yaxın “Pul Pervogo” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, sabah Rusiyanın Moskva vilayətindəki "Zavidovo" istirahət kompleksində Belarusun dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinlə qeyri-formal görüş keçirəcək. İyunun 25-də isə Sankt-Peterburq şəhərində tərəflər arasında işgüzar görüş baş tutacaq.