Azərbaycan Türkiyədəki meşə yanğınlarının söndürülməsi üçün amfibiya təyyarəsi göndərir

23 İyun 2022 14:59 (UTC+04:00)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün qardaş ölkəyə yola düşür.

Bu barədə FHN-dən məlumat əldə edib.

Qeyd edək ki, iyunun 21-dən Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda meşə yanğınları başlayıb.