Gənclər üçün Prezident Mükafatı təsis edildi

2 İyul 2013 17:09 (UTC+04:00)
Dövlət başçısı İlham Əliyev Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında fərman imzalayıb. Bu fərmanla elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün ildə bir dəfə verilməklə altı ədəd 10000 manat məbləğində Prezident Mükafatı təsis edilib.

Həmçinin "Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi" təsdiq edilib.

Fərmanla Nazirlər Kabinetinə "Gənclər üçün Prezident Mükafatının diplomunun, nişanının və həmin nişanın vəsiqəsinin təsviri"ni 3 ay müddətində təsdiq etmək və bu barədə prezidentə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Gənclər və İdman Nazirliyi də bu fərmandan irəli gələn məsələləri həll etməlidir.