Sergey Lavrov Şəhidlər xiyabanını ziyarət edib

24 İyun 2022 11:25 (UTC+04:00)

Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 24-də Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb.

Rusiyanın xarici işlər naziri “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.