"Azərbaycandan gələn təyyarə yanğınlarla mübarizəyə başlayıb" - Ərdoğan

24 İyun 2022 18:16 (UTC+04:00)

Müdaxilə nəticəsində yanğının daha da genişlənməsinin qarşısı alınıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, köməklik məqsədilə Azərbaycandan gələn “BE-200ÇS” amfibiya tipli təyyarə yanğınlarla mübarizə tədbirlərinə qoşulub.

Türkiyə Prezidentinin sözlərinə görə, 435 nəfər tədbir məqsədilə təxliyə edilib.