Məhkəmədə hakimlə vəkil arasında insident baş verib

24 İyun 2022 20:02 (UTC+04:00)

Kəlbəcər Rayon Məhkəməsinin sədri, hakim Həsən Qəniyevlə vəkil Natiq Əliyev arasında insident baş verib.

Aznews.az xəbər verir ki, hadisə məhkəmə iclasında qətnamənin elan edilməsindən sonra baş verib. Belə ki, vəkil prosesin tam şəkildə məhkəmə iclas protokoluna qeyd edilməsini tələb edib. Bundan sonra hakimlə vəkil arasında mübahisə yaranıb, hətta əlbəyaxa dava düşüb.

Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına və Vəkillər Kollegiyasına müraciət edilib.

Hadisənin tam təfərrüatı məlum deyil./E-huquq.az