“Amfibiya” təyyarəmiz bu gün Türkiyədə yanğınla mübarizədə 2 uçuş edib - FOTO - VİDEO

24 İyun 2022 20:28 (UTC+04:00)

Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla əyalətinin Marmaris bölgəsində yanğınların söndürülməsində iştirak edib.

Aznews.az xəbər verir ki, dünən gecə saatlarında Türkiyəyə gələn təyyarə bu gün 2 uçuş həyata keçirərək Yeşilbelde və Çöplük rayonlarında yanğın ərazisinə 120 tona yaxın su töküb.

Qeyd edək ki, ekipaj sabah da yanğına müdaxilə prosesini davam etdirəcək.