Bakıdan Şuşaya əlavə avtobus reysi açılacaq

25 İyun 2022 16:39 (UTC+04:00)

Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb.

Aznews.az xəbər verir ki, iyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edə biləcəklər. İyul ayına olan biletlər iyunun 27-i, saat 15:00-da satışa çıxarılacaq.