Gürcüstanda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb

25 İyun 2022 17:54 (UTC+04:00)

Gürcüstanın Kaxeti bölgəsində turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.

Aznews.az xəbər verir ki, nəqliyyat vasitəsi Bakurtsixe-Tbilisi yolunda minik avtomobili ilə toqquşub.

Nəticədə mikroavtobusda olan 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 9-u xarici turist, biri sürücü, digəri isə bələdçidir.

Yaralılar xəstəxanaya çatdırılıb. İki turistin vəziyyəti nisbətən ağır qiymətləndirilir.