Goranboyda 1 tondan çox yabanı narkotik bitkisi məhv edilib

25 İyun 2022 20:37 (UTC+04:00)

Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində külli miqdarda narkotik bitkisi aşkarlanıb.

Aznews.az xəbər verir ki, Goranboy rayonunun Erkəc kəndi ərazisindən Mənəşli kəndi ərazisinədək 1,4 hektar sahədən 1 ton 613 kiloqram çəkidə 3585 ədəd yabanı halda bitən narkotik bitkisi toplanaraq yandırılıb.