Çavuşoğlu ABŞ-ın Dövlət katibi ilə telefonla danışıb

25 İyun 2022 23:30 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

Aznews.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Danışıq zamanı ikitərəfli əlaqələr, NATO-nun genişlənməsi və Ukraynadan taxılın çıxarılması məsələləri müzakirə edilib.