Azərbaycanın Kiyevdəki səfirliyinin binasında raket zərbəsindən çatlar əmələ gəlib

26 İyun 2022 19:15 (UTC+04:00)

Azərbaycanın Kiyevdəki səfirliyi yaxınlığında raket zərbəsi olub və nəticədə binanın divarlarında çatlar əmələ gəlib.

Aznews.az xəbər verir ki , 2 ay əvvəl də səfirliyin binası zərbədən zədələnib. Lakin bunun nəticələri aradan qaldırılıbmış.

Bu gün isə bina yenidən ziyan dəyib, səfirlik əməkdaşlarının həyatı təhlükə altına düşüb. Qeyd edək ki, Kiyevdəki səfirliyimiz 60-cı illərdən qalma binada yerləşir. Bina yeni təmir edilibmiş.

İndi isə zərbə daha da yaxında olduğu üçün binanın divarlarında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb.