Mövlud Çavuşoğlu Bakıya gəlib

26 İyun 2022 21:27 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında yazıb.

“Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk toplantısında iştirak etmək üçün Bakıdayıq”, - Mövlud Çavuşoğlu bildirib.

Səfərdə onu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu və digər rəsmi şəxslər müşayiət edir.