Marneulidə binanın eyvanı uçub , ölən və xəsarət alanlar var

26 İyun 2022 22:03 (UTC+04:00)

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzində beşmərtəbəli binada uçqun olub.

Aznews.az xəbər verir ki, 5-ci mərtəbədəki mənzilin eyvanının uçması nəticəsində 4-cü mərtəbədəki eyvan da dağılıb.

Hadisə zamanı 40 yaşlı qadın ölüb, iki nəfər isə xəsarət alıb. Yaralananlardan biri hamilə qadındır. Onlar xəstəxanaya çatdırılıb.

Yaralananlardan digəri 8 yaşlı uşaqdır. Çoxsaylı sınıqları olduğundan uşağın Tbilisidəki klinikalardan birinə köçürülməsinə qərar verilib.

Əraziyə polis və xilasedicilər cəlb olunub.