Ərdoğan və Bayden arasında telefon danışığı olub

28 İyun 2022 13:42 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub.

Bunu Türkiyə lideri NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

“ABŞ Prezidenti bu axşam və ya sabah görüşmək arzusunu bildirdi. Biz də “Ola bilər” dedik”, - R.T.Ərdoğan vurğulayıb.