Kökəlmək istəyən insanların nəzərinə
2 İyul 2013 20:35 (UTC+04:00)
Hollandiyalı psixoloqlar apardıqları araşdırmalar zamanı maraqlı nəticələr əldə ediblər. Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 87 tələbənin üzərində aparılan təcrübə özünü xoşbəxt hiss edən insanların daha çox yemək yediyini ortaya çıxarıb.
Məlumdur ki, artıq çəkili insanlar tez-tez stressdən kökəldiklərini dilə gətirirlər. Ancaq araşdırma bunun doğru olmadığını göstərib. Belə ki, araşdırmanı aparan psixoloqlar xoşbəxt insanın daha çox yediyini və kökəlmək riskinin də daha çox olduğunu bildirib.
Psixoloqların sözlərinə görə, özünü yaxşı və ya pis hissetmək hər 100 nəfərdən 75-nin iştahına təsir edir.
AzNews.az