Alla Vəzirovaya Prezidentin fərdi təqaüdü təyin olunub

28 İyun 2022 17:44 (UTC+04:00)

Alla İqoryevna Vəzirovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin olunub.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Ona Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezidentin fərdi təqaüdü veriləcək.