Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev

29 İyun 2022 18:08 (UTC+04:00)

Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb.

Aznews.az xəbər verir ki, bu təklifləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı zamanı deyib.

Onun sözlərinə görə, 2022-ci ilin ilk beş ayı ərzində bu marşrutla daşınan Qazaxıstan yüklərinin həcmi 2,5 dəfə, Xəzəryanı ölkələrlə ümumi ticarət dövriyyəsi isə 9 faizdən çox artıb.

"Dəniz vasitəsilə yükdaşıma həcminin artırılması məqsədilə biz liman infrastrukturunun modernləşdirilməsi və dəniz donanmasının genişləndirilməsinə başlamışıq. Hesab edirəm ki, aktual təşkilati məsələləri birgə və operativ şəkildə həll etmək lazımdır", - K.Tokayev deyib.