Britaniyada meymunçiçəyinə yoluxma sayı min nəfəri ÖTÜB

29 İyun 2022 20:53 (UTC+04:00)

Böyük Britaniyada meymunçiçəyinə ümumi yoluxma sayı 1 035 nəfərə çatıb.

Aznews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Onların 79%-i Londondadır. Şotlandiyada 27, Uelsdə 9, Şimali İrlandiyada 5 xəstəlik halı var.

Xəstələrin böyük əksəriyyətinin kişilər olduğu bildirilir. Bu günə qədər ölkədə yaşayan yalnız beş qadının qanında virus aşkar edilib. Xəstələrin orta yaşı 36-dır.

Dünyada meymunçiçəyinə 3 413 laborator yoluxma halı qeydə alınıb, bir ölüm faktı məlumdur. Laboratoriya tərəfindən təsdiqlənmiş halların əksəriyyəti (86 %) Avropada müəyyən edilib. Siyahıda sonrakı yerləri Amerika (11 %), Afrika (2 %), Şərqi Aralıq dənizi (1 %-dən az) və Asiya-Sakit okean (1 %-dən az) regionu tutur.