Lavrov Quterreşlə taxıl böhranını müzakirə edib

29 İyun 2022 23:59 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat deyib.

Tərəflər Ukrayna taxılının, eləcə də Rusiya gübrələrinin dünya bazarına qaytarılmasını müzakirə ediblər.