Türkiyə F-16-ların alınması ilə bağlı ABŞ-a heyət göndərəcək

30 İyun 2022 18:55 (UTC+04:00)

Türkiyə F-16 təyyarələrinin alınması ilə bağlı ABŞ-a heyət göndərəcək.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitindən sonra mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, heyət üzvləri ABŞ-da Respublikaçılar Partiyasının üzvləri ilə görüşlər keçirəcək.