“İsveç və Finlandiya ilə imzalanan memorandum Türkiyənin diplomatik qələbəsidir”

30 İyun 2022 19:27 (UTC+04:00)

Türkiyə, İsveç və Finlandiya arasında imzalanan memorandumu Türkiyənin həssaslığına anlayış kimi görürük.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid Sammitindən sonra mətbuat konfransı zaman deyib.

O qeyd edib ki, bu, Türkiyənin diplomatik qələbəsidir.

Ərdoğanın sözlərinə görə, verilən vədlərin yerinə yetirilməsi vacib məsələdir və Türkiyə də addımlarını buna uyğun atacaq.