Nazirlik: 2.2 milyona yaxın notariat hərəkətləri rəsmiləşdirilib

30 İyun 2022 21:42 (UTC+04:00)

Cari ildə 2.2 milyona yaxın notariat hərəkətləri rəsmiləşdirilib.

Aznews.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, bu əməliyyatlarla bağlı 5 milyon manata yaxın vəsaitin, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 23 milyon manatdan artıq vergi dövlət büdcəsinə köçürülüb.