Rəşad Nəbiyev Şamaxıda vətəndaşları qəbul edib

1 İyul 2022 12:28 (UTC+04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şamaxı şəhərində vətəndaşları qəbul edib.

AzNews.az nazirliyə istinadən xəbər verir ki, qəbulda Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinləri iştirak ediblər.

Vətəndaşların nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb.

Nazir müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal həllini tapıb. Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.